AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı aeroportunda uçuşlar cədvələ uyğun həyata keçirilir

Aeroportda uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi bütün zəruri işlər aparılır.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakıya uçuşlar qrafikə uyğun həyata keçirilir.
Bu barədə hava limanından bildirilib.
Məlumata görə, aeroportda uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi bütün zəruri işlər aparılır.
Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.