BAKI, 11 yanvar — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycan və Ermənistana səfər edəcək.
Bu barədə ATƏT-dən bildirilib.
Qeyd olunub ki, bu barədə razılıq B.Osmani ilə Azərbaycan və Ermənistan XİN başçılarının telefon danışığının nəticəsində əldə edilib.
ATƏT rəhbəri regionda davamlı sülhə nail olmaq üçün gərginliyin aradan qaldırılmasında şəxsən iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub.
C.Bayramov bölgədəki cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.