RUSİYA

Transmilli kapital Rusiyanı məhv etmək istəyir - Patruşev

Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Rusiya bir dəstə dünya hökmdarlarını qıcıqlandırır, çünki onun zəngin resursları, geniş ərazisi, öz ölkəsini, adət-ənənələrini və tarixini sevən, ağıllı və özünü təmin edən insanları var.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Transmilli kapital Rusiyanın varlığını zəngin resurslara və özünü təmin edən əhaliyə malik nəhəng müstəqil ölkə kimi görmür və onu məhv etmək istəyir.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Qərbdə ölkəmizə yer yoxdur. Rusiya bir dəstə dünya hökmdarlarını qıcıqlandırır, çünki onun zəngin resursları, geniş ərazisi, öz ölkəsini, adət-ənənələrini və tarixini sevən, ağıllı və özünü təmin edən insanları var", - deyə Patruşev "Arqumentı i faktı" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, transmilli korporasiyalar "Rusiyanın dünyagörüşündən və Qərb kapitalının nəzarətində olan ölkələrdən ideoloji cəhətdən ayrılmasından narahatdırlar".
"Korporasiyalar istehlak cəmiyyətini zənginləşdirməyə və inkişaf etdirməyə yönəlib. Rusiya isə mənəvi-əxlaqi dəyərlərlə sosial-iqtisadi inkişafın ağlabatan tarazlığını qoruyur", - deyə Təhlükəsizlik Şurasının katibi izah edib.
"Bu baxımdan qərblilər ölkəmizi zəiflətməyə, onu parçalamağa, rus dilini və rus dünyasını məhv etməyə çalışırlar. Onlar öz rəqiblərini daxildən sıradan çıxarmaq və onları kiçik dövlətlərə parçalamaq texnologiyasını çoxdan işləyiblər", - deyə Patruşev əlavə edib.
O xatırladıb ki, Qərb əvvəllər də belə hərəkət edib. 1991-ci ildə SSRİ-nin dağılması isə ABŞ və onun müttəfiqlərini "ilhamlandırdı", lakin Rusiya "əsrlər boyu layiq olduğu beynəlxalq nüfuzu qoruyub saxlayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq milli maraqların müdafiəsində dünyada həlledici rol oynayır" .
"Buna görə də qərblilərin planları Rusiyanı parçalamaqda davam etmək və sonda onu sadəcə dünyanın siyasi xəritəsindən silmək olaraq qalır. Bu gün də onlar açıq şəkildə qışqırırlar ki, Rusiya hazırda olduğu kimi bütöv qalmamalıdır, onu 15-ci əsrin Moskvası çərçivəsinə salmaq lazımdır.... Bunun üçün onlar heç nədən, ölkəmizin tamamilə saxta tarixini uydurmaqdan, o cümlədən, heç vaxt etmədiyi işlər üçün - başqa xalqların zülmünə görə məsuliyyəti Rusiyanın üzərinə yükləməkdən çəkinmirlər, halbuki, Rusiya heç zaman bu kimi işlərlə məşğul olmayıb", - deyə o, bəyan edib.