BAKI, 10 yanvar — Sputnik. Çərşənbə axşamı, yanvarın 10-da Rusiya Prezidenti Vladimir Putin Federal Antiinhisar Xidmətinin (FAX) rəhbəri Maksim Şaskolski ilə görüşəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu gün Putin Kremldə işləməyə davam edir. İctimaiyyət qarşısında o, antiinhisar işləri ilə məşğul olur. Prezidentə məruzə üçün FAX rəhbəri Maksim Şaskolski onun yanında olacaq. Bu, təxminən, günün ortasında baş tutacaq", - deyə Peskov jurnalistlərə bildirib.
O əlavə edib ki, Federal Antiinhisar Xidməti antiinhisar işi, bazar proseslərinin inkişafı və qiymətlərin bütün həyati parametrlərdə "normal səviyyədə" saxlanılması baxımından ən vacib qurumdur. Prezident Putin Şaskolski ilə bütün bu mövzuları müzakirə edəcək.