BAKI, 10 yanvar — Sputnik. Polis əməkdaşları əməliyyat tədbirləri nəticəsində respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.