BAKI, 10 yanvar — Sputnik. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.
Sessiyanın gündəliyinə 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi məsələləri daxildir.
Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Yusif oğlu Talıbovun müraciətini nəzərə alıb.
Qərara əsasən, Vasif Yusif oğlu Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.
Rəsmi qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.