RUSİYA

Kreml Nikol Paşinyana cavab verdi

KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. "Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq".
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, KTMT-nin Ermənistanda planlaşdırılan təlimləri başqa ölkələrin ərazisində də keçirilə bilər.
Məlumata görə, KTMT-nin Birgə Qərargahı 2023-cü ildə KTMT sülhməramlı qüvvələri ilə təlimlərin məqsədəuyğun olmaması barədə Ermənistandan siqnal aldığını bildirib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da təlimlərin Ermənistanda keçirilməsinin məqsədəuyğun olmadığını söyləmişdi.
RUSİYA
KTMT-nin yeni Baş katibi fəaliyyətə başlayıb