DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenskinin siyasətinə görə Ukraynanı "yalançı demokratiya" adlandırırlar

Köşə yazarı qeyd edib ki, Qərb ölkələrinin arasındakı Kiyevin tərəfdarları Ukrayna hökumətinin qərarlarına və onun siyasətinə getdikcə məhəl qoymurlar.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Qərb mediası Ukraynanın azadlığısevər demokratiya aşiqi barədə mifini həddindən artıq şişirdir, amma reallıqda ölkə rəhbərliyi tez-tez avtoritar davranış nümayiş etdirir. Bunu "The American Conservative" jurnalının köçə yazarı Ted Qalen Karpenter yazıb.
Köşə yazarı qeyd edib ki, Qərb ölkələrinin arasındakı Kiyevin tərəfdarları Ukrayna hökumətinin qərarlarına və onun siyasətinə getdikcə məhəl qoymurlar.
"Görünür, onlar heç utanmırlar. Onlar ölkəni azadlıqsevər demokratiya kimi göstərməyə davam edirlər, baxmayaraq ki, bunun belə olmadığına dair sübutlar toplanır. Kiyev hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskinin imicinə uyğun gəlməyən bir sıra qərarları var. Əsl demokratiyalar müxalifət partiyalarını qadağan etmir və ya müxalifət mediasını bağlamır. Onların fəaliyyət göstərməsinə icazə verilən medianı ağır senzuraya (və ciddi hökumət nəzarətinə) məruz qoymurlar", - deyə köşə yazarı qeyd edib.
O, həmçinin Kiyev hakimiyyətinin bir sıra digər tədbirlərini, o cümlədən hüquqi prosedurlara əməl edilməməsini, yerli və xarici tənqidçilərin "qara siyahıları"nın dərc edilməsini misal çəkib.