AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı tədbirdə çıxış edib.
Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.