BAKI, 9 yanvar — Sputnik. ATƏT Baş katibi Helqa Şmit Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib.
Onun fikrincə, bugünkü şəraitdə Rusiyanın ATƏT-in üzvü olmaqda davam etməsi məntiqlidir. Diplomat vurğulayıb ki, eyni masa arxasında oturmaq diplomatik nəzakət mübadiləsi demək deyil.
"Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq. ATƏT yeganə təhlükəsizlik təşkilatıdır ki, orada Avropa təhlükəsizlik arxitekturası üçün əhəmiyyət kəsb edən hər kəs bir masa arxasında əyləşir", - deyə baş katib bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ötən ilin yayında ATƏT-in özünü məhv etmə mərhələsində olduğunu bildirib. Onun fikrincə, Rusiya bu təşkilatın tərkibində qalsa, ATƏT məhv olacaq.