HADİSƏ

Buzda yıxılanlar hospitalizasiya olunub

Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Onlardan 18-i qadın, 7-si kişidir.
Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
CƏMİYYƏT
Qarlı havada xəsarət alanların sayı açıqlandı