PAYTAXT XƏBƏRLƏRİ

BNA: "Bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar reysə çıxıb"

Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü tədbirlər nəticəsində səhər saatlarında bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxışı təmin edilib.
Bu barədə Agentlikdən xəbər verilir.
Məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək, eləcə də yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə Agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 188 avtobusun hərəkət intervalında gecikmələr var.
Paytaxtın Yeni Yasamal Əsəd Əhmədov küçəsi, “Günəşli” qəsəbəsi D massivi, Biləcəri dairəsi, Xocahəsən dairəsindən Moskva prospekti istiqamətində, 9-cu mikrorayon ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində müəyyən çətinliklə müşahidə olunur.