RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ Ukraynadakı münaqişənin "səngər müharibəsi"nə çevrildiyini bildirib

ABŞ senatoru Anqus Kinq bildirib ki, Ukraynadakı münaqişə "səngər müharibəsi"nə çevrilir
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Ukraynanın şərqində münaqişə "səngər müharibəsi"nə çevrilir.
Bunu ABŞ senatoru Anqus Kinq "CBS" telekanalına müsahibəsində deyib.
"Bu, demək olar ki, Birinci Dünya müharibəsindəki kimidir. Bu, dəhşətlidir", - deyə siyasətçi qeyd edib.
Kinqin sözlərinə görə, Ukraynaya yeni yardım paketinə daxil olan piyada döyüş maşınları (PDM) Kiyevin şərqdə vəziyyəti dəyişdirməyə kömək etmək üçün nəzərdə tutulub.
Senator həmçinin Ağ Evin "Patriot" zenit-raket komplekslərinin (ZRK) Ukrayna hərbçilərinə təhvil verilməsi qərarının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın enerji infrastrukturu Rusiyanın raket zərbələri qarşısında demək olar ki, müdafiəsiz qalıb.
Yanvarın 5-də ABŞ-ın Kiyevi "Bradley" piyada döyüş maşınları ilə təmin etmək niyyəti, Almaniyanın isə "Marder" PDM və "Patriot" ZRK-lərin əlavə batareyasını göndərəcəyi məlum olub. ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Laura Kuper bildirib ki, Ukrayna hərbçiləri yanvarın sonunda "Patriot" ZRK-lərinin istifadəsi üzrə təlimlərə başlayacaqlar. Onun sözlərinə görə, təlim bir neçə ay davam edəcək.