BAKI, 8 yanvar - Sputnik. Seneqalın Kafrin bölgəsində iki avtobusun toqquşması nəticəsində 40-a yaxın adam ölüb, ən azı 100 nəfər yaralanıb. Bu barədə RİA Novosti Seneqal mətbuatına istinadən xəbər yayıb.
“Bəzi mənbələrin ilkin məlumata görə, ölənlərin sayı 38-dir, ən azı 100 nəfər yaralanıb... Dakardan gələn avtobus Keduqu bölgəsindən gələn digər avtobusla toqquşub”, - deyə məlumatda bildirilir.
Seneqal prezidenti Makki Sall Twitter hesabında qəzada 40 nəfərin öldüyünü bildirib.
O, həmçinin bildirib ki, yanvarın 9-dan üç günlük matəm elan etmək qərarına gəlib.