RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Melitopol səmasında Ukraynaya məxsus üç kamikadze pilotsuz uçan aparat vurulub

Yerli əhaliyə Hava Hücumundan Müdafiə bölmələri təhlükəsizliyimizi təmin edərək gecə-gündüz növbətçilik etdiyi bildirilib.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Rusiyanın Hava Hücumundan Müdafiə sistemi Melitopol səmasında Ukraynanın üç kamikadze pilotsuz təyyarəsini vurub. Bu barədə RİA Novosti xəbər yayıb.
"Melitopolda səs-küy var. RF Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemi şəhərdə işə düşüb, düşmənin üç kamikadze pilotsuz uçan aparatı vurulub", - seyə "Biz Rusiya iləyik" hərəkatının sədri Vladimir Roqov Telegram kanalında yazıb.
Təşkilat sədri bildirib ki, Kiyev rejimi Melitopolda mülki obyektlərə qarşı açıq şəkildə terror aktları törətməkdə davam edir.
Onun sözlərinə görə, bunlar “banal hədə-qorxu gəlmək, cəbhədə uğur qazanmamaöın və cərəyanı öz xeyrinə çevirə bilməməyin qisasını almaq" məqsədi daşıyır.
“Hava Hücumundan Müdafiə bölmələri təhlükəsizliyimizi təmin edərək gecə-gündüz növbətçilik edir, sakit olun”, - deyə Roqov vurğulayıb.