BAKI, 7 yanvar - Sputnik. Türkiyənin Qars vilayətinin Sarıqamış şəhərində hotelin tavanının çökməsi nəticəsində 32 nəfər xəsarət alıb. Xəsarət alanlardan 23 nəfərə yerində tibbi yardım göstərilib. Digər 9 nəfər isə xəstəxanaya aparılıb.
Hadisə vaxtı zalda 140-a yaxın insanın olduğu bildirilir.
***
Türkiyənin şimalındakı Sarıkamış şəhərində hotelin damının uçması nəticəsində azı 10 nəfər xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "CNN Türk" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Sarıkamışın yerləşdiyi Qars vilayətinin qubernatoru Türker Oksyüz deyib ki, yaralananların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində xilasedicilər işləyir.
Qeyd edək ki, hadisə Birinci Dünya Müharibəsi zamanı Sarıkamış döyüşünün 108-ci ildönümünə həsr olunmuş kütləvi tədbir zamanı baş verib.