HƏRBİ

"QIŞ-2023": Azərbaycan və Türkiyə hərbçiləri Qarsda birgə hərbi təlimlərə başlayır - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, "QIŞ-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Azərbaycan və Türkiyə hərbçilərinin növbəti birgə hərbi təlimi Qarsda keçirəcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
""QIŞ-2023" hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik", - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabından yayılan məlumatda bildirilir.