BAKI, 7 yanvar - Sputnik. Hindistanın “Marion Biotech” əczaçılıq şirkətinin bütün dərmanlarının Özbəkistanda satışı dayandırılıb.
Bu barədə Özbəkistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Buna səbəb onların tərkibindəki zəhərli komponentlərin müəyyən edilməsi olub. Bu dərmanlardan 20 uşaq ölüb.
“Keyfiyyətə dərin nəzarət göstərib ki, bəzi dərman seriyalarında “Doc-1 Max” və “Ambronol” dərmanlarında propilenqlikol əvəzinə və ya onunla birlikdə etilenqlikol və dietilenqlikol aşkarlanıb. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və digər dərman vasitələrinin əlavə yoxlanılması məqsədilə 2022-ci ildə Özbəkistana idxal olunan bütün dərman vasitələrinin satışını dayandırıb”, - məlumatda vurğulanıb (Report).