AZƏRBAYCAN XƏBƏRLƏRİ

MHX-dən xəbərdarlıq: çovğun olacaq, temperatur 10-12° aşağı enəcək

Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərə görə, qar yağacaq, ölkə ərazisində temperatur kəskin şəkildə aşağı düşəcək.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.
Məlumata görə, ayrı-ayrı yerlərdə qarın intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq. Yollar buz bağlacaq.