DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan qadınları hərbi xidmətə çağırmağı müzakirə edir

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə etdiklərini bildirib.
Sputnik
BAKI, 07 yanvar - Sputnik. Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “Armenpress” agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.
“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.
O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır.