DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Türkiyədə növbəti prezident seçkilərinin vaxtını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyadakı yanğından sonra zərər çəkən Manaşavqat sakinlərinə tikilən yeni evlərin açılışında seçkilərə 5 ay qaldığını deyib.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin 5 ay sonra keçiriləcəyini açıqlayıb.
Bu barədə Türkiyə dövlət başçısı Antalyadakı yanğından sonra zərər çəkən Manaşavqat sakinlərinə tikilən yeni evlərin açılışında bildirib.
Ərdoğan Prezident seçkiləri mövzusuna da toxunub: “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”.
Qeyd edək ki, Ərdoğan 2014 və 2018-ci illərdə keçirilən seçkilərdə prezident seçilib.
Bundan əvvəl Türkiyədə prezideünt seçkiləri 24 iyul 2018-ci ildə keçirilib. Həmin seçkilərdə Ərdoğan seçicilərin 52.5% səsini toplayaraq ilk turda yenidən prezident seçilib.