BAKI, 6 yanvar — Sputnik. "Omikron"u sıxışdıra bilən yeni koronavirus ştamının yaranması ehtimalı azdır, lakin bunu istisna etmək olmaz.
Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) "Yoluxucu xəstəliklər" kafedrasının dosenti Sergey Voznesenski "RİA Novosti"yə bildirib.
"Omikron"u sıxışdıracaq başqa bir ştam yarana bilər. Nəzəri olaraq bunu da istisna etmək olmaz. Hərçənd, buna çox az ehtimal var", - deyə Voznesenski sözünə davam edib.
O qeyd edib ki, əgər gələcəkdə yalnız "Omikron" xətti inkişaf edərsə, o zaman xəstəliyin təkrarlanma ehtimalı son dərəcə azdır.
Halbuki, əgər əhalinin xəstəlik və ya peyvənddən sonra immuniteti yoxdursa, yəni immun təbəqənin səviyyəsi minimal olacaqsa, o zaman müəyyən bölgələrdə xəstələnmə hallarında artımlar ola bilər.