PAYTAXT XƏBƏRLƏRİ

"Yeni Klinika"da yeni təyinat

İlqar Mustafayev "Yeni Klinika" tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən "Yeni Klinika" tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.
"Yeni Klinika"dan verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev "Yeni Klinika" tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Əmək fəaliyyətinə İlqar Mustafayev 2006-2007-ci illərdə GRBS LLC-də Baş Təlim Meneceri olaraq başlayıb. 2008-2009-cu illərdə USAID təşkilatında "Azərbaycanda Ticarət, İnvestisiya İslahatlarına Dəstək Proqramı" üzrə layihə rəhbərinin köməkçisi vəzifəsində çalışıb. 2010-2015-ci illərdə VITTA Elmi-Texniki MMC-də Tibbi menecer, 2019-2021-ci illərdə yenə VITTA Elmi-Texniki MMC-də Tibbi Biznesin inkişafı departamentinin rəhbəri vəzifələrində çalışıb.
Çalışdığı müddət ərzində bir çox dövlət və özəl xəstəxanaların qurulması və tibbi təchizatları üzrə layihə rəhbəri olub. 2015-2019-cu illərdə German Hospitalda Baş Direktor, 2021-2023-cü illərdə isə "Milli Hematologiya və Transfuziologiya" Mərkəzində İnzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
Qeyd edək ki, İ.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində "Türk Dünyası İşletme Fakültesi"ndə Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, Almaniyada "Frankfurt School of Finance and Management" universitetində Beynəlxalq Səhiyyənin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb.