PAYTAXT XƏBƏRLƏRİ

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı deyib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxs müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.
Nurlan Əliyev deyib ki, həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb. Əməli törədən şəxs müəyyən olunub, polis orqanına dəvət edilib və barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, 3 yanvar tarixində dahi bəstəkarın paytaxtın Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə yad cismin atılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
İki gənc aralarındakı zarafat zamanı biri digərinin ayaqqabısını heykəlin üzərinə atıb.