BAKI, 6 yanvar — Sputnik. Belarus-Rusiya qüvvələrinin regional qruplaşması müstəsna olaraq müdafiə məqsədi daşıyır və ilk növbədə iki ölkənin İttifaq dövlətinin qərb sərhədlərini qorumaq üçün nəzərdə tutulub. Bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
Volfoviç jurnalistlərə deyib:
"Qoşunların regional qruplaşması müstəsna olaraq müdafiə məqsədi daşıyır və ilk növbədə İttifaq dövlətinin qərb sərhədlərini qorumaq məqsədini daşıyır".
O xatırladıb ki, "Belarus ərazisinə regional qoşunlar qrupunun yerləşdirilməsi barədə qərar ötən il Belarus Respublikası və Rusiya Federasiyasının prezidentləri tərəfindən qəbul edilib".
"Qruplaşma uğurla yerləşdirilib. Həm Rusiya Federasiyasının hərbi qulluqçuları, həm də Belarus Respublikasının hərbi qulluqçuları ilə birgə döyüş hazırlığı təşkil edilib. Qoşunların regional qruplaşması strateji çəkindirmə elementlərindən biridir. Bu element, yəqin ki, Qərb tərəfindən İttifaq dövlətinə qarşı hansısa aqressiv siyasət irəli sürən isti başları soyutmalıdır", - deyə Volfoviç bildirib.