BAKI, 6 yanvar — Sputnik. Smart sayğaclar üzrə (942 min ab., ümumi ab-in 38,2 %-i) 1 yanvar 2023 tarixində limitlər yenilənib. Mexaniki sayğaclar üzrə bu prosses davam edir.
Bu barədə SOCAR "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Sputnik Azərbacan-a açıqlammasında deyib. O qeyd edib ki, mexaniki sayğaclar üzrə limitin yenilənməsi 7 yanvar 2023 tarixinədək yekunlaşacaq: "Hazırda 1 526 min mexaniki sayğaclı abonentdən 32,5 %-nin limiti yenilənib".
Nə qədər abonentin limiti keçməsi ilə bağlı isə dəqiq məlumat yoxdur: "Oxunma tam yekunlaşmadığı üçün dəqiq məlumat yoxdur. İlkin məlumarlara əsaslararaq bildiririk ki, limiti keçən abonentlərin sayı ümumi abonentin 56,1 %-ni təşkil edəcək".
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə artıq smart kart sayğaclarda limitlərin yenilənməsi avtomatik həyata keçirilib. Azərbaycanda smart kart sayğacdan istifadə edən abonentlərin sayı 1 milyona yaxındır.
1,4 milyona yaxın abonent mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edir.
Qeyd edək ki, yaxın günlərdə limitlərlə bağıı digər detallar açıqlanacaq.