BAKI, 6 yanvar — Sputnik. Belarus Dövlət Təhlükəsizlik Komitəsi (DTK) hərbi texnikanın cəlb olunduğu antiterror təlimləri keçirdiyini açıqlayıb.
"5 yanvar 2023-cü il tarixindən etibarən Minsk və Vitebsk vilayətlərinin ərazisində Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən dövlət orqanlarının terror aktlarına reaksiyası və qarşılıqlı fəaliyyətə hazırlığının yoxlanılması üzrə təlimlər keçirilir.
Təşkilatın saytında dərc olunan məlumatda bu barədə xəbər verilir.
Tədbirlərdə Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Komitəsinin bölmələri, silahlı qüvvələr, Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları iştirak edirlər.