BAKI, 6 yanvar — Sputnik. ABŞ-ın Respublikaçı konqresmeni Pol Qosar Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Milad atəşkəsi ilə bağlı təklifini rədd etdikdən sonra onu tənqid edib.
"Zelenskinin sülhdən imtina etməsi təəccüblü deyil. Bu münaqişəni maliyyələşdirmək əxlaqsızlıqdır", - siyasətçi "Twitter"də yazıb.
Bundan bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.