DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə, Suriya və Rusiya XİN rəhbərləri bu ölkədə görüşə bilər

Yanvarın 4-də Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zeid Əl Nəhyan ilə danışıqlar aparıb.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin görüşü yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində baş tuta bilər. Bu barədə Türkiyə mənbələrinə istinadən "RT Arabic" telekanalı məlumat yayıb.
Yanvarın 4-də Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zeid Əl Nəhyan ilə danışıqlar aparıb.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Ankaranın Dəməşqə iki ölkənin xarici işlər nazirlərinin yanvarın ikinci yarısında görüşünü təklif etdiyini bildirmişdi. Onun sözlərinə görə, danışıqlar üçüncü ölkədə baş tuta bilər.