BAKI, 5 yanvar — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı nəzərə almamaq təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bu barədə "Reuters" məlumat yayıb.
O, Norveçə işgüzar səfəri zamanı deyib: "Bizdə prezident Putinin Ukraynada plan və məqsədlərinin dəyişdiyinə dair heç bir məlumat yoxdur. Ona görə də Rusiyanı nəzərə almamaq təhlükəlidir".
Bundan əlavə, baş katib NATO-nun döyüş hazırlığının artırılmasının vacibliyini vurğulayıb.
"Alyansa daha çox əsgər, silah lazımdır", - deyə Stoltenberq bildirib.
Yanvarın 18-19-da Brüsseldə Şimali Atlantika blokunun ali orqanı olan hərbi komitənin iclasının keçirilməsi planlaşdırılır. Xüsusilə Ukraynadakı münaqişə və NATO-nun Kiyevə davamlı yardımının müzakirəsi nəzərdə tutulur.