DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Sputnik Litva-nın baş redaktoru Latviyada saxlanılıb

Marat Kasemi müdafiə edəcək vəkil İmma Yansone hələ işin materiallarını almayıb.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Sputnik Litva-nın baş redaktoru Marat Kasem Riqada Latviya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Yanvarın 5-də keçiirlən məhkəmə iclasındə həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb.
Kasımın vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb.
Marat Kasemi müdafiə edəcək vəkil İmma Yansone hələ işin materiallarını almayıb. Qanuna görə, həbs-qətimkan tədbiri kimi məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün 10 gün vaxt var.
Əldə etdiyimiz məlumata görə, Kasemin işində iki maddə var - Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluq, ikinci maddə üzrə jurnalisti 20 ilədək həbs cəzası gözləyir.
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir Moskvada Sputnik Litva-nın da daxil olduğu "Russia Today" media qrupunda çalışır. Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib.