DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndoneziyada "Mir" kartlarının istifadə imkanlarını müzakirə edirlər

İndoneziyanın Moskvadakı səfiri Xose Antonio Morato Tavares bu barədə bildirib.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. İndoneziya bankları Rusiyanın "Mir" ödəniş sisteminin kartlarından istifadə imkanlarını öyrənəcəklər.
"RİA Novosti" agentliyi İndoneziyanın Moskvadakı səfiri Xose Antonio Morato Tavaresə istinadən bu barədə məlumat yayıb.
O, qeyd edib ki, İndoneziya banklarına məsələyə baxmaq tövsiyə olunub. Agentliyin həmsöhbətinin sözlərinə görə, buna "bir qədər vaxt" lazım olacaq.
Diplomatın sözlərinə görə, İndoneziya tərəfi bilir ki, Rusiya ödəniş sisteminin kartlarından artıq Türkiyə, Vyetnam və MDB ölkələrində istifadə olunur.
Səfir əlavə edib ki, hazırda İndoneziyada, əsasən Bali adasında 40 minə yaxın rus yaşayır. O qeyd edib ki, bank əməliyyatlarının aparılması yollarını axtarırlar.
Bundan əvvəl məlumat verilmişdi ki, Çin ödəniş sistemi olan "UnionPay" Rusiya banklarının buraxdığı kartlar üzrə nağdsız əməliyyatlara məhdudiyyət qoymayıb.