BAKI, 5 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda qanunsuz tikilən obyekti söküb.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.