CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minimum aylıq pensiyanın məbləğinin artırılması 100 minədək adamı əhatə edəcək

Son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Prezident İlham Əliyevin yeni Sərəncamına əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Son 4 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.
CƏMİYYƏT
Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib