BAKI, 5 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı da müzakirə ediblər.
Türkiyə lideri rusiyalı həmkarı ilə telefon danışığı zamanı, həmçinin, taxıl dəhlizinə dair son danışıqları müzakirə edib və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zonasının yaradılması təşəbbüsünün müsbət nəticələrinin olduğunu vurğulayıb.
O, atəşkəsə nail olmağın və ədalətli sülhün vacibliyini də diqqətə çatdırıb.
Bundan əlavə, Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində “yol xəritəsi”ni tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib.
Türkiyə Prezidenti Putinlə danışığı zamanı terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel-Rıfat və Menbicdən çıxarılması üçün konkret addımların atılmasının vacibliyini də əlavə edib.