SƏHİYYƏ

Bayram günlərində Bakıda təcili yardıma daxil olan müraciətlərin sayı açıqlanıb

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib. Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023 tarixləri ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.
Çağırışların sayı ən çox 01.01.2023 (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023 (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) tarixində qeydə alınıb.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.