BAKI, 5 yanvar — Sputnik. "Azərenerji" ASC Kəlbəcər rayonunda tikilən 5 kiçik su elektrik stansiyasında (SES) işləri yekunlaşdırmağa hazırlaşır.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, Laçın rayonunda 2 yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda da işlər yekunlaşmaq üzrədir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə "Azərenerji"nin 9 obyekti tikilərək istismara verilib, 2 obyektinin təməli qoyulub, 6 obyektinin tikinisinə baxış keçirilib.