NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda neft hasilatı azalacaq - KİV

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 29 milyon 911,9 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,4% azdır.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycanda qaz kondensatı ilə neft istehlakı 31,2 milyon tona qədər azalacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə neft-qaz bazarındakı mənbə bildirib.
"Azərbaycanda 2023-cü il üçün neft hasilatı 2022-ci il üçün nəzərdə tutulan 32,7 milyon tona qarşı 31,2 milyon ton proqnozlaşdırılır. Yəni, bu il neft hasilatının azalması 4,6% olacaq", - mənbə bildirib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 29 milyon 911,9 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,4% azdır.
2021-ci ildə Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 34 milyon 580,7 min ton (2020-ci illə müqayisədə 0,1% artım) təşkil edib.
NEFT-QAZ
Kəskin ucuzlaşmadan sonra neft bahalaşıb