QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilən ərazilərdə çalışan əcnəbilərin iş icazəsi iki ilədək uzadılacaq

Bu ərazilərdə çalışan əcnəbilərin iş icazəsi 1 il deyil, 2 ilədək müddətə uzadılacaq və müraciətlərə baxılma müddəti daha qısa (5 iş günü) olacaq
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Miqrasiya Məcəlləsinə edilən yeni dəyişikliklə 2023-cü ildən 5 il müddətinə işğaldan azad edilmiş ərazilərimizdə əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə münasibətdə əmək miqrasiyası kvotası tətbiq edilməyəcək.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
Xidmət rəisi qeyd edib ki, bu ərazilərdə çalışan əcnəbilərin iş icazəsi 1 il deyil, 2 ilədək müddətə uzadılacaq və müraciətlərə baxılma müddəti daha qısa (5 iş günü) olacaq.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Bayram günü işə çıxan işçilərin maaşı necə hesablanır?