BAKI, 4 yanvar - Sputnik. Tehran nüvə sazişi ilə bağlı Vyanada keçiriləcək danışıqlarda bütün sanksiyaların ləğvinə çalışacaq. Bu barədə İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani bildirib.
Onun sözlərinə görə, İran üçün iqtisadi fayda əldə etmək yolunda qoyulan maneələr tamamilə aradan qaldırılmalıdır.
O, həmçinin hesab edir ki, razılıq əldə olunarsa, ABŞ bütün sanksiyaları ləğv etməlidir.
Bundan əvvəl “Likud” partiyasının lideri Benyamin Netanyahu bildirib ki, İsrailin yeni kabineti Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranın nüvə proqramının ləğvi üzərində işləməyə davam edəcək.
Onun sözlərinə görə, yeni hökumət Qüdsün statusunu gücləndirmək və dini məsələlərdə status-kvonu saxlamaq üçün də çalışacaq.