BAKI, 4 yanvar - Sputnik. Sosial şəbəkələrdə Suqovuşanda su səviyyəsinin kəskin azalması ilə bağlı görüntülər yayılıb. Səbəb kimi Sərsəng su anbarından Suqovuşana gələn suyun məqsədli şəkildə kəsilməsi göstərilib.
Məsələ ilə bağlı Tərtərçay Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov APA-ya açıqlamasında bildirib ki, Suqovuşan su anbarında gölün səviyyəsinin aşağı enməsinə səbəb orada gedən təmir-bərpa işləri ilə əlaqədardır:
“Dib qapılarının təmirə ehtiyacı olduğu bizim tərəfimizdən göldə suyun səviyyəsi məqsədyönlü şəkildə aşağı salınıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra göl əvvəlki iş rejiminə qaytarılacaq”.