RUSİYA

"Sirkon" Rusiyanı potensial xarici təhlükələrdən etibarlı şəkildə qoruyacaq - Putin

Rusiya prezidenti "Sirkon" sistemləri ilə təchiz edilmiş "Admiral Qorşkov"un hərbi yürüşə başlamasını əlamətdar hadisə adlandırıb.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Sirkon” hipersəs raket sistemləri ilə təchiz edilmiş “Admiral Qorşkov” freqatının uzaq dənizlərə hərbi yürüşə göndərilməsi mərasimində iştirak edib.
Bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.
Putin "Sirkon" sistemləri ilə təchiz edilmiş "Admiral Qorşkov"un hərbi yürüşə başlamasını əlamətdar hadisə adlandırıb.
O, güclü silahların Rusiyanı potensial xarici təhlükələrdən etibarlı şəkildə qoruyacağına əmin olduğunu söyləyib.