RUSİYA

Ruslan Xasbulatov vəfat edib

Rusiyanın siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan Xasbulatov 81 yaşında dünyasının dəyişib.
Sputnik
BAKI, 04 yanvar - Sputnik. Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Şurasının sonuncu sədri Ruslan Xasbulatov ötən gün vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.Ruslan İmran oğlu Xasbulatov 22 noyabr 1942-ci ildə Qroznı şəhərində anadan olub.
Rusiyanın siyasi xadimi, alim və publisist, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan Xasbulatov Rusiya Federasiyası Ali Sovetinin sonuncu sədri olub.
Rusiyanın birinci prezidenti Boris Yeltsinin tərəfdarı, daha sonra isə əsas rəqibi, 1993-cü ildə Rusiya konstitusiya böhranının fəal iştirakçısı olub.
1994-cü ildən ömrünün sonunadək Plexanov adına Rusiya İqtisad Universitetində dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.