DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistan Senatı Ərdoğanı Nobel Sülh Mükafatına namizəd göstərib

Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda yazıb ki, Ərdoğan Rusiya və Ukrayna ilə vaxtında, səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını alıb.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərib.
Anadolu Agentliyinin xəbərinə görə, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda bildirib.
“Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitə biləcək qaynar nöqtəyə çevrildi. O, (Ərdoğan) yorulmaz səyləri, hər iki tərəflə vaxtında və səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını təkbaşına aldı”, - deyə məktubda vurğulanıb.
Sancrani prezident Ərdoğanı “hər zaman təkcə ölkəsinin deyil, bütövlükdə regionun və dünyanın inkişafı və çiçəklənməsi üçün çalışan əsl dövlət xadimi və lider” adlandırıb.