NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarının qara günləri geri qayıdır

Çində koronavirusa yoluxma hallarının artması dünya bazarında "qara qızıl"ın qiymətinin aşağı düşməsinə səbəb olub.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Neftin qiyməti dünya iqtisadiyyatındakı və Çindəki koronavirusla bağlı narahatlıqlar səbəbindən kəskin ucuzlaşıb.
Birjalardakı məlumatlara görə, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 3,49 ABŞ dolları (4,25%) ucuzlaşaraq 1 bareli 78,61 ABŞ dollarına satılıb.
WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 3,24 ABŞ dollarına (4,21%) düşüb və 1 bareli 73,69 ABŞ dolları təşkil edib.