AZƏRBAYCAN XƏBƏRLƏRİ

Frankfurt-Almatı-Astana reysi ilə uçan təyyarə Bakıda enməli olub

Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən xəbərə görə, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.
Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.