SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Fransadakı səfiri “Charlie Hebdo” jurnalını sərt tənqid edib

Leyla Abdullayeva jurnalın rəhbərliyinə bildirib ki, onlar Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unudublar.
Sputnik
BAKI, 4 yanvar - Sputnik. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında “Charlie Hebdo” jurnalını sərt tənqid edib.
“Siz Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni 30 illik hərbi işğalı zamanı yaratdığı təhlükəni unutmusunuz. İndi isə Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda, siz hansı təhlükədən danışırsınız?” - deyə diplomat jurnalın rəhbərliyinə bildirib.
Qeyd edək ki, “Charlie Hebdo”nun dünənki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğu barədə məqalə dərc olunub. Burada hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.
Xatırladaq ki, “Charlie Hebdo” jurnalı İslam dinini, onun müqəddəs saydığı şəxsləri, o cümlədən Məhəmməd peyğəmbəri ələ salan, təhqir edən karikaturalar dərc etdiyinə görə zaman-zaman qınaqlara səbəb olub. İran başda olmaqla bir sıra müsəlman dövlətləri jurnalın onların ölkələrində yayımını qadağan edib, jurnalın əməkdaşlarına isə sanksiyalar tətbiq edib.