HADİSƏ

Yanacaqdaşıyan avtomobilin yanması nəticəsində 1 nəfər həlak olub

DYP əməkdaşları tərəfindən yolda hərəkətin nizamlanmasını həyata keçirilir.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, ilkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Hadisə barədə ətraflı məlumat veriləcək.