RUSİYA

Qlobal iqtisadiyyatda ciddi resessiya gözlənilmir - Ekspert

Mütəxəssisin qənaətinə görə, ABŞ və Çində eyni vaxtda tənəzzül baş verərsə, qlobal iqtisadiyyatda ciddi problemlər yaranacaq.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. Cari ildə dünyada iqtisadiyyatda ciddi resessiya gözlənilmir, lakin Rusiya iqtisadi çətinliklərlə üzləşə bilər. Bu barədə "lenta.ru"ya İqtisad elmləri namizədi Nikolay Kulbaka bildirib.
“Mən dərin və uzun sürən tənəzzül gözləmirəm. Ehtimal həmişə mövcuddur, lakin çox da yüksək deyil”? - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, ABŞ və Çində eyni vaxtda tənəzzül baş verərsə, qlobal iqtisadiyyatda ciddi problemlər yaranacaq. Kullbaka qeyd edib ki, iqtisadi tənəzzül zamanı dollar möhkəmlənməyə başlayacaq və inkişaf etməkdə olan ölkələrin valyutaları böhranla mübarizə aparmağa məcbur olacaq.
O əlavə edib ki, bu il Rusiya iqtisadiyyatı çətinliklərlə üzləşə bilər, lakin Rusiya Federasiyasının iqtisadi əlaqələri gücləndirdiyi tərəfdaşlar artacaq.
Daha əvvəl Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva 2023-cü ilin əksər dünya iqtisadiyyatı üçün çətin olacağını bildirib. BVF-nin "böhran ili"ni proqnozlaşdıran son hesabatlarından birini şərh edərkən o bildirib ki, qlobal iqtisadiyyat üçün yeni il əvvəlki illə müqayisədə daha çətin olacaq, çünki üç ən böyük iqtisadiyyatı - ABŞ, Aİ və Çin - eyni zamanda yavaşlayır.
Bundan əvvəl İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzinin ekspertləri 2023-cü ildə dünya iqtisadiyyatının tənəzzülə uğrayacağını bildirmişdilər.