RUSİYA

Senator müğənni Meladzeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib

Deputat qeyd edib ki, xaricdəki ziyafətdə Meladze Ukrayna millətçi şüarını dəstəkləyib.
Sputnik
BAKI, 2 yanvar - Sputnik. "Müğənni Valeri Meladzeni Rusiya vətəndaşlığından çıxarmaq lazımdır". Bunu Rusiya Federasiya Şurasının üzvü Yelena Afanasyeva bildirib.
"Etdiyinə görə Meladze titullardan yox, Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməlidir", - senator Telegram kanalında yazıb.
Bundan əvvəl “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri Sergey Mironov müğənni Valeri Meladzeni bütün titullarından məhrum etməyi təklif etmişdi.
Deputat qeyd edib ki, xaricdəki ziyafətdə Meladze Ukrayna millətçi şüarını dəstəkləyib.